Dərc edildi: Baxış sayı: 452
Zərdabda örüş sahələri əlindən alınan sakinlər yolu bağladı
Zərdabda bir qrup şəxs etiraz edib.
Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, Çallı kənd sakinləri icra nümayəndələri tərəfindən əllərindən alınan örüş sahələrini geri ala bilmədikləri üçün bu gün Ucar-Zərdab yolunu bağlayıblar.
Onlar qeyd ediblər ki, rayona yeni təyin olunan icra başçısı Mərdan Camalov bu yaxınlarda məsələnin qısa zamanda öz həllini tapacağını bildirmişdi: “Təssüflər olsun ki, aylar keçsə də, məsələ öz həllini tapmadı”.
Qeyd edək ki, əraziyə Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət