Slimfit
  1. SİYASƏT

Zəngilanın Ağalı kəndlərində 200 ev tikiləcək

Zəngilanın Ağalı kəndlərində 200 ev tikiləcək
Sakura

Zəngilanın Ağalı kəndlərində 200 ev tikiləcək

Prezident İlham Əliyev Zəngilanın birinci, ikinci, üçüncü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin təməlini qoydu. 

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, artıq intensiv işlərə başlanılıb, burada olan 30 yaxın evin qalıqları sökülüb: 

“Kəndarası yollar artıq çəkilməkdədir. Kəndin içində də bu işlər aparılır. Hazırda 110-a yaxın işçi çalışır. İşlərin intensiv getdiyi vaxtda təqribən 600-700-ə yaxın işçi çalışacaq”. 

İnam Kərimov Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verdi ki, Birinci “Ağıllı kənd” pilot layihəsi Zəngilanın birinci, ikinci, üçüncü Ağalı kəndlərini əhatə edir. Layihənin icrası, əsasən, 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub. 

Evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək. 

Layihənin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri də iştirak edəcəklər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR