Slimfit
  1. CƏMİYYƏT

Zəlzələ ilə bağlı xəstəxanalara tapşırıqlar verilib, gücləndirilmiş iş rejiminə keçilib

Zəlzələ ilə bağlı xəstəxanalara tapşırıqlar verilib, gücləndirilmiş iş rejiminə keçilib
Sakura

Zəlzələ ilə bağlı xəstəxanalara tapşırıqlar verilib, gücləndirilmiş iş rejiminə keçilib

Bu gün baş verən zəlzələ ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin briqadaları gücləndirilmiş iş rejiminə keçirilib.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Qeyd olunub ki, zəlzələ ilə bağlı “103” xidmətinə edilən çağırışların sayında artım müşahidə olunmayıb: "Eyni zamanda tibbi xidmət ehtiyacının yarana bilmə ehtimalı nəzərə alınaraq TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib".

Xatırladaq ki, bu gün yerli vaxtla saat 08:15:41-də Altıağac stansiyasından 51 km şimal-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələ Altıağac, Siyəzən, Quba, Qusar, Xaçmaz, Şabran, Qobustan, Abşeron yarımadasında bəzi yerlərdə 5, bəzi yerlərdə 3 bala qədər hiss olunub. Zəlzələ ocağının dərinliyi 70-km-dir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR