Dərc edildi: Baxış sayı: 556
Zelenskiyə görə ABŞ-ın enerji naziri istefaya hazırlaşır
ABŞ-ın Enerji naziri Rik Perri noyabrın sonunda istefa verə bilər. FaktXeber.com-un məlumatına görə, bu barədə "Politico" qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, Perrinin may ayında prezident Vladimir Zelenskinin andiçmə mərasimi üçün ABŞ nümayəndə heyətinin rəhbərliyində Ukraynaya səfər etməsi onu impiçment istintaqına sürükləyib.
Bununla yanaşı, qəzetə bir sıra mənbədən bildirilib ki, kadr dəyişikliyi Ukrayna məsələləri ilə əlaqəli deyil.
Perrinin yerinə onun birinci müavini Dan Bruyet hazırlaşır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət