Slimfit
  1. DÜNYA

Zelenskinin oğlu koronavirusa yoluxdu

Zelenskinin oğlu koronavirusa yoluxdu
Sakura

Zelenskinin oğlu koronavirusa yoluxdu

Ukrayna Prezidenti Vladimir Zelenski oğluna koronavirus diaqnozu qoyulduğunu deyib. O, anası ilə birgə xəstəxanada müalicə olunur.

Ens.az Konkret.az-a istinadən xəbər verir ki,bu haqda məlumatı “112 Ukrayna” telekanalı yayıb.

Prezident bu barədə Nikolayev bölgəsində keçirdiyi brifinqdə açıqlama verib.

“Uşaqlar bunu normal keçirirlər, yalnız qızdırmaları olur. Bütün valideynlər bundan bərk narahatlıq keçirirlər. Böyüklər isə bu xəstəliyə dözə bilmir. Hətta idmanla məşğul olan gənclər də, sağlam insanlar belə əziyyət çəkir. Buna görə hamıya cansağlığı arzulayıram və hamıdan diqqətli olmalarını xahiş edirəm”. Zelenski belə deyib.

O əlavə edib ki, indi ukraynalılar karantin tədbirlərinə əməl etməyi dayandırıblar.

Bundan əvvəl, koronavirusun prezidentin həyat yoldaşı Yelena Zelenskayada tapıldığı bildirilmişdi.

Avqustun 21-i səhər saatlarında Ukraynada COVİD-19 ümumilikdə 100 643 nəfərdə tapılıb. Bunlardan 2207-si dünyasını dəyişib, 51078 xəstə sağalıb.

Son gün ərzində ölkədə 2106 nəfər koronavirusa yoluxub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sinqapurda Gardens by the bağındakı böyük süni ağaclar. Onlar təkcə gözəllik üçün deyil, həmçinin üzərində quraşdırılmış günəş batareyaları sayəsində enerji toplayırlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR