Dərc edildi: Baxış sayı: 533
Zelenskinin İtaliyada gizlətdiyi evin şəkli yayıldı
Ukrayna prezidenti Vladimir Zelenski İtaliyada daşınmaz əmlaka malikdir.
Dövlət başçısının evinin şəklini çəkmək üçün jurnalist Osman Paşayev xüsusi olaraq Forte-dey-Marmi kurort şəhərciyinə yollanıb.
Ukraynada gəzən şayiələrə əsasən, prezidentin villası zəngin rusların yaşadığı ərazidə yerləşir. Paşayev isə bildirib ki, bu, həqiqətə uyğun deyil.
“Forte-dey-Marminin zəngin rusların gettosu olmağı ilə qorxudurdular. Gəldik. Bir dəfə də olsa rus kəlməsi eşitmədik, heç bir rus lövhəsi görmədik”, - deyə jurnalist yazıb.
Ukrayna KİV-ləri bildirirdilər ki, Zelenski bu 15 otaqlı daşınmaz əmlak obyektini deklorasiyadan keçirməyib. “Dedi-qodu” qalxanda isə, dövlət başçısı xaricdəki evin investisiya olduğunu və ehtiyac yarandıqda satacağını qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət