Slimfit
  1. DÜNYA

Zelenskinin büstləri satışa çıxarılır

Zelenskinin büstləri satışa çıxarılır
Sakura

Zelenskinin büstləri satışa çıxarılır

İyulun 25-dən Ukraynada Prezident Vladimir Zelenskinin büstləri satışa çıxarılacaq.

Gipsdən hazırlanan bu suvenirlər ölkə üzrə internet-mağazalarda satılacaq.

Saytlardan birində verilən elanda deyilir: “Bu, sizin iş masanızı və interyerinizi bəzəyəcək əla və unikal hədiyyədir”.

Qızıl suyuna salınmış suvenirlərin hündürlüyü 23 santimetr, çəkisi 2,5 kiloqramdır.

Büstün qiyməti 78 dollar (təxminən 132 manat) təşkil edir. 

V.Zelenskinin bu təşəbbüsdən xəbəri olub-olmadığı barədə məlumat yoxdur. Amma onun əsəbiləşəcəyini indidən ehtimal etmək çətin deyil.

Xatırladaq ki, Zelenski hələ inauqurasiya mərasimində dövlət məmurlarına müraciətlə belə demişdi:

“Çox istəyirəm ki, sizin kabinetlərinizdə mənim şəkillərim və portretlərim olmasın. Çünki prezident ikona deyil, prezident portret deyil. Öz uşaqlarınızın fotolarını asın və hər qərar qəbul edəndə onların gözlərinə baxın”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR