Dərc edildi: Baxış sayı: 537
Zelenskini məhkəməyə verdi
Bir neçə gün öncə Prezident Vladimir Zelenski tərəfindən Ukrayna Televiziya və Radio Yayımları üzrə Milli Şuranın üzvlüyündən çıxarılan Vladimir Qorkovenko dövlət başçısını məhkəməyə verib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, o, Ali Məhkəməyə müraciət edərək Prezidentin onun vəzifəsindən azad edilməsi ilə bağlı qərarını qanunsuz hesab etməsini tələb edib.
Qeyd edək ki, V. Qorkovenko sabiq Prezident Petro Poroşenkonun fərmanına əsasən, Televiziya və Radio Yayımları üzrə Milli Şuranın üzvü təyin edilmişdi.
Zelenski Televiziya və Radio Yayımları üzrə Ukrayna Milli Şurasının sədri, Poroşenkoya yaxınlığı ilə tanınan Yuri Artemenkonu da vəzifəsindən azad edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət