Dərc edildi: Baxış sayı: 413
Zelenskidən yeni təyinatlar
Prezident Vladimir Zelenski Anatoli Dublik və Aleksandr Karpenkonu Ukrayna Təhlükəsizlik Xidməti (SBU) rəhbərinin müavinləri təyin edib.
“Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi xəbərə görə, Boqdan Tivodar isə Təhlükəsizlik Xidməti Baş İstintaq İdarəsinin rəhbəri təyin olunub.
Qeyd olunur ki, Karpenko bu təyinatına qədər Donetsk və Luqansk bölgələrində Ukrayna Təhlükəsizlik Xidmətinin Baş Direktoru vəzifəsini tutub. Dublik xüsusi xidmət orqanlarından birinə rəhbərlik edib. Tivodar Ukraynanın qərbindəki müxtəlif sahələrdə yüksək vəzifələrdə çalışıb, 2014-cü ildən isə SBU-nun əsas istintaq şöbəsinin müdir müavini olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət