Dərc edildi: Baxış sayı: 264
Nazir: "İşləməyib əlil olan vətəndaş pensiya deyil, müavinət sisteminə daxil ediləcək"
Vətəndaş heç vaxt işləməyib, sonradan əlil olursa, sosial sığorta haqqı ödəmədiyinə görə pensiya sisteminə deyil, müavinət sisteminə daxil ediləcək.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
“Əlilliyə görə pensiyaya çıxmaq üçün sığorta stajı yalnız həmin şəxsin əmək qabiliyyəti dövrü üçün tələb olunur. Əlil olduqdan sonrakı dövr üçün belə tələb yoxdur. Amma vətəndaş işləyib, sonradan əlil olubsa, əmək qabiliyyətli hər ilinə görə cəmi 4 ay sığorta stajı tələb olunur. Düşünürük ki, bu, kifayət qədər böyük dəyişiklikdir”, - o vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət