Dərc edildi: Baxış sayı: 506
Zelenski: Ukraynalı qadınlar ölkənin turizm brendidir
Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, ukraynalı gözəl qadınlar ölkənin turizm brendidir.
“Həmişə bütün dünyanın təsəvvüründə Ukrayna dedikdə, kənd təsərrüfatı məhsulları və qara metallurgiya canlanırdı. Turistlər isə Ukraynanın çox gözəl mətbəxindən, gözəl insanlarından, xüsusilə gözəl qadınlarından bəhs edirlər. Bəli, bütün bunlar bizim brendimizdir”, - deyə V.Zelenski Parisdə səfərdə olarkən bildirib.
Bununla belə, o qeyd edib ki, Ukraynada İT sənayesi və texnologiyaları da böyük sürətlə inkişaf edir:
“Ukraynada 150 minə yaxın İT mütəxəssisi və startapçı var. Hesab edirəm ki, bu istiqamətdə inkişaf edəcəyik”.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət