Dərc edildi: Baxış sayı: 277
Zelenski Sergey Şefiri prezidentin birinci köməkçisi vəzifəsindən azad edib
Ukrayna Prezidenti Vladimir Zelenski Sergey Şefirin prezidentin birinci köməkçisi vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə “RBC-Ukrayna” prezidentin fərmanına istinadən məlumat yayıb.
“Şefir Sergey Naxmanoviç Ukrayna Prezidentinin birinci köməkçisi vəzifəsindən azad edilsin”, - fərmanda qeyd edilib.
Ötən gün həmçinin Ukrayna Prezident Aparatı rəhbərinin müavinləri Andrey Smirnov və Aleksey Dneprov vəzifələrindən azad ediliblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət