Zelenski seçim qarşısında: Kolomoyski, yoxsa BVF?
Beynəlxalq Valyuta Fondu Ukraynaya köməyini müvəqqəti olaraq dayandırıb.
Əsas səbəb – ötən bir neçə ildə başda İqor Kolomoyski olmaqla, Ukrayna oliqarxlarının banklardan gizli yollarla çıxartdığı 15 milyard dolların axtarışlarının və ölkəyə qaytarılmasının ləngiməsidir.
İqor Kolomoyski Ukraynanın ən varlı iş adamlarından biridir və Zelenskinin prezident seçilməsində onun böyük rolu var. Onu hətta "Ukraynanın boz kardinalı" da adlandırırlar.
Xatırladaq ki, Kolomoyski Ukraynaya yalnız Zelenski prezident seçiləndən sonra qayıda bilib, o vaxta qədər isə vətəndaşlıq aldığı İsraildə yaşamağa məcbur idi.
Bu dövlətin qanunvericiliyinə görə isə İsrail öz vətəndaşlarını heç zaman ikinci ölkəyə təhvil vermir. Kolomoyskinin işi ilə Amerika Birləşmiş Ştatlarının Federal Təhqiqatlar Bürosu məşğuldur. İndi Zelenski çətin iki seçim arasında qalıb. Bir tərəfdən Beynəlxalq Valyuta Fondu və Amerika Birləşmiş Ştatları, o biri tərəfdən isə silahdaşı və əsas maliyyə dəstəyi olan İqor Kolomoyski.
Ukraynanın bəzi iqtisadi ekspertləri bildirir ki, əgər mənimsənilən həmin 15 milyard dollar tapılıb ölkəyə qaytarılsa, onda yaxın bir neçə ildə heç Beynəlxalq Valyuta Fondunun köməyinə də ehtiyac olmaz.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət