Dərc edildi: Baxış sayı: 265
Zelenski Qərbə çağırış etdi
Ukrayna hakimiyyəti Qərb ölkələrinin silahlarının ölkəyə vaxtında çatmadığını düşünür və onların çatdırılmasının sürətləndirilməsini istəyir.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə səfərə gəlmiş NATO-nun baş katibi Yens Stoltenberqlə keçirdiyi mətbuat konfransında danışıb.
“Ordumuza vaxtında dəstək. Bu gün hələ də bu mövzuda müsbət bir şey görmürəm. Bu prosesi sürətləndirmək lazımdır”, - o qeyd edib.
Eyni zamanda, Zelenski bildirib ki, Kiyev üçün zəruri olan döyüş zonasında vəziyyətin sabitləşməsi, döyüş meydanında təşəbbüsün ələ keçirilməsi, yeni əks-hücum cəhdi, eləcə də Ukrayna ordusunun gücü Qərb ölkələrinin hərəkətlərindən asılıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət