Dərc edildi: Baxış sayı: 565
Zelenski Putinlə yeni görüşünün anonsunu verdi
Ukrayna prezidenti Vladimir Zelenski avstriyalı həmkarı Aleksandr Van der Bellenlə görüşüb.
Ens.az Modern.az -a istinadən xəbər verir ki, görüşdən sonra danışan Zelenski Donbas münaqişəsi ilə bağlı “Normand dördülüyü”nün yeni sammitinin olacağını elan edib.
“Görüş olacaq. Söz verə bilmərəm, amma 10 gündən sonra məsləhətçilərin görüşü baş tutacaq, ardınca isə liderlərin “Normand dördlüyü” çərçivəsində danışıqları başlayacaq”.
O, Ukrayna, Rusiya, Almaniya və Fransa liderlərinin Donbas regionunda ilk növbədə atəşkəsin qorunmasını müzakirə edəcəklərini deyib. Sonuncu dəfə “Normand dördlüyü” 2019-cu il dekbarın 9-da Parisdə toplanmışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət