Dərc edildi: Baxış sayı: 1465
Zelenski Putindən ilk xahişini etdi
Ukrayna prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinə müraciət edib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Zelenski 2018-ci ildə həbs edilmiş 24 ukraynalı dənizçinin sərbəst buraxılmasını istəyib:
“Hamımızın uşağı var. Uşaqları valideynlərinə qaytarın”.
Zelenski bu sözləri Kiyevdə brifinq zamanı rus dilində səsləndirib. Onun çıxışını bütün Ukrayna telekanalları yayımlayıb.
Xatırladaq ki, ötən il Ukraynanın 3 hərbi gəmisinə Rusiyanın dövlət sərhədlərini pozması iddiası ilə həbs qoyulub. Gəmidə olan 24 dənizçi haqqında isə azadlıqdan məhrumetmə cəzası verilib.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət