Slimfit
  1. DÜNYA

Zelenski Poroşenkoya qarşı cinayət işinin başlanmasına münasibət bildirdi

Zelenski Poroşenkoya qarşı cinayət işinin başlanmasına münasibət bildirdi
Sakura

Zelenski Poroşenkoya qarşı cinayət işinin başlanmasına münasibət bildirdi

Ukrayna Prezidenti Vladimir Zelenski keçmiş hökumət nümayəndələrini, o cümlədən keçmiş prezident Pyotr Poroşenkonu “çox müxtəlif sərgüzəştlər və cəzalar” gözlədiyinə inandığını deyib.

“İzvestiya” xəbər verir ki, Ukrayna başçısı bunu bu gün keçirilmiş mətbuat konfransında bildirib.

“Poroşenkonun məsələsinə gəlincə, mən buna əminəm, hər şeyin hələ qabaqda olduğuna əminəm... Fikrimcə, ölkəni elə idarə ediblər ki, onları hələ çox fərqli sərgüzəştlər və hökmlər gözləyir”, - Zelenski qeyd edib.

Prezident deyib ki, bu barədə danışmaq istəmir, çünki “bu, onun yox, məhkəmənin səlahiyyətinə aiddir”.

Xatırladaq ki, Ukrayna Baş Prokurorluğu ölkənin keçmiş prezidenti Pyotr Poroşenkoya qarşı dövlətə xəyanət və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə cinayət işinə başlayıb.

Mənbə: oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR