Dərc edildi: Baxış sayı: 788
Zelenski ölkənin 3 önəmli postuna namizədlərini açıqladı
Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin yeni Baş Nazirini seçdiyini bəyan edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “TASS” agentliyi Zelenskinin parlamentdəki nümayəndəsi Ruslan Stefançuka istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Zelenski bu posta Aparat rəhbərinin müavini, vəkil Aleksey Qonçarukun namizədliyini irəli sürərək bununla bağlı təklifini Radaya baxış üçün göndərib.
***
Vladimir Zelenski sərbəst məsləhətçisi, Müdafiə Nazirliyinin islahat layihəsi ofisinin keçmiş rəhbəri Andrey Zaqorodnyukun bu nazirliyə, eləcə də siyasətçi Vadim Pristaykonun Xarici İşlər Nazirliyinə rəhbər gətirilməsi ilə bağlı Ali Radaya təklif göndərib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət