Zelenski nazirə əsəbiləşdi: Niyə belə açıqlama verdin?
Xarici işlər naziri Pavel Klimkin ukraynalı dənizçilərin sərbəst buraxılması ilə bağlı Rusiyanın göndərdiyi diplomatik notaya verdiyi açıqlamanı mənimlə müzakirə etməyib.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Beynəlxalq sahədə atdığımız addımları internetdən öyrənirəm. Nə üçün mənimlə müzakirə aparmadan Ukrayna adına belə açıqlama verdiyini anlamıram. Bu, dövlət başçısının vəzifəsidir. Ölkənin xarici siyasətinə və vətəndaşlarının təhlükəsizliyinə görə mən məsuliyyət daşıyıram”, - Zelenski bildirib.
Klimkin isə prezidentlə müzakirə aparmadan nazirliyin notaya cavab vermə səlahiyyətinin olduğunu bildirib.
Qeyd edək ki, Rusiya XİN sözçüsü Mariya Zaxarova dənizçilərin sərbəst buraxılması üçün Ukraynanın Rusiya səfirliyinə və Dəniz Hüququ üzrə Beynəlxalq Tribunala diplomatik nota göndərildiyini bildirmişdi.
O vurğulamışdı ki, Kiyev bu diplomatik notadan yararlanaraq dənizçilərin sərbəst buraxılması təmin edə bilər.
Ukrayna XİN isə bu təklifi qəbuledilməz adlandırmışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət