Dərc edildi: Baxış sayı: 520
Zelenski impiçment haqqında qanundan danışdı
Ukrayna Ali Radasının yeni tərkibdə ilk iclaslarında impiçment haqqında qanun layihəsi müzakirəyə çıxarılacaq.
Axar.az xəbər verir ki, bu barədə ekzit-pollun nəticələri açıqlanandan sonra Xalqın Xidmətçisi Partiyasının qərargahında keçirdiyi brifinqdə Ukrayna Prezidenti Vladimir Zelenski məlumat verib.
Qeyd edək ki, Zelenski prezident seçkiləri ərəfəsində impiçment haqqında qanun layihəsinin qəbul olunmasının vacibliyini vurğulasa da, Ali Radada layihəni hələ də müzakirəyə çıxarılmayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət