Slimfit
  1. DÜNYA

Zelenski həyat yoldaşı ilə məsləhətləşir: İcazə vermirlər

Zelenski həyat yoldaşı ilə məsləhətləşir: İcazə vermirlər
Sakura

Zelenski həyat yoldaşı ilə məsləhətləşir: İcazə vermirlər

 

Ukrayna Prezidenti Vladimir Zelenski yerli "1+1" kanalında yayımlanan "Prezidentin 100 günü" layihəsi çərçivəsində sualları cavablandırıb.

"RİA Novosti" xəbər verir ki, dövlət başçısı seçim kampaniyası zamanı söz verdiyi işə velosipedlə gəlməmək məsələsi ilə bağlı da danışıb.

O, bunu təhlükəsizlik tədbirləri ilə əsaslandırıb: "Mənə bununla bağlı icazə vermədilər. Sizi əmin edirəm ki, bu məsələ ilə bağlı mübarizə apardım, amma təhlükəsizlik xidməti icazə vermədi. Onlar izah etdilər ki, bu, çox təhlükəli ola bilər. Ad çəkmək istəmirəm, amma bəzi təhlükələrin mövcudluğunu siz də bilirsiniz".

Zelenski həmçinin, vacib qərarlar verərkən həyat yoldaşı ilə məsləhətləşdiyini də etiraf edib.

"Səmimi deyim, çox çətin məsələlərdə həyat yoldaşımla məsləhətləşirəm. Yanında aydın düşüncəli birinin olması çox müsbət məqamdır. Hər insana həqiqəti söyləyəcək bir nəfər mütləq lazımdır", - deyə prezident bildirib.

Qeyd edək ki, ötən həftə keçirilən Ukrayna Ali Radasının ilk toplantısına Kiyev meri Vitali Kliçko velosipedlə gəlmişdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR