Dərc edildi: Baxış sayı: 226
Zelenski döyüş meydanındakı vəziyyəti mürəkkəb adlandırıb
“Döyüş meydanında vəziyyət ölkənin Silahlı Qüvvələri üçün mürəkkəbdir”.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski deyib.
“Aktiv döyüşlərin 90 faizi ölkənin şərqində baş verir. Vəziyyət mürəkkəbdir”, - deyə o qeyd edib.
Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski də təmas xətti boyunca Kiyev üçün vəziyyətin çətin olduğunu bəyan edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət