Slimfit
  1. DÜNYA

Zelenski danışmaq üçün icazə istədi, jurnalist “yox” dedi - Video

Zelenski danışmaq üçün icazə istədi, jurnalist “yox” dedi - Video
Sakura

Zelenski danışmaq üçün icazə istədi, jurnalist “yox” dedi - Video

Ukrayna prezidenti Vladimir Zelenski 10 saatlıq mətbuat konfransı keçirərək dünya rekorduna imza atıb.

 

Bir sıra məsələlərlə bağlı sualları cavablandıran Zelenskinin maraqlı dialoqu liga.net saytının əməkdaşı Yuri Smirnovla baş tutub. Prezidentə sual verməyə çalışan Smirnov Zelenskinin onun sözünü kəsməsini bağışlamır və “Mən hələ sözümü bitirməmişəm” deyə etiraz edib.

Prezidentlə jurnalistin dialoqu bu mövzuda olub:

Smirnov: Bir məsələnin üzərində dayanacağam. Söhbət sizin partiyanızdan olan deputat və parlamentin Müdafiə Komitəsinin sədrindən gedir. O, sizin sinif yoldaşınızın (xanımın) əridir, yəqin bilirsiniz. Məsələ bundadır ki, o iclaslara gəlmir və müharibə aparan ölkədə Müdafiə komitəsinin sədri olmasına baxmayaraq, komitə iclaslarına da qatılmır.

Zelenski: Cavab verirəm...

Smirnov: Yox, mən sualımı verim, sonra.

Zelenski: Siz axı danışırsız...

Smirnov: Hələ ki sualımı verməmişəm.

Zelenski: Bəs bu informasiya nə üçündür?

Smirnov: Sual üçün.

Zelenski: Tamam, sizə cavab verirəm, olar?

Smirnov: Yox, sualı yekunlaşdırım, sonra.

Zelenski: İcazə vermirsiz?

Smirnov: Yox! (Qafqazinfo.az)

 

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR