Dərc edildi: Baxış sayı: 382
Zelenski Baxmutla bağlı sözlərinə aydınlıq gətirib: “Rusiyanın əlinə keçməyib”
Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Cozef Baydenlə görüşdən öncə qızğın döyüşlərin getdiyi Baxmut şəhəri ilə bağlı birmənalı qarşılanmayan açıqlamasına aydınlıq gətirib.
“Report” xəbər verir ki, bu barədə dövlət başçısı Yaponiyanın Hirosima şəhərində keçirilən “Yeddilik Qrupu”nun (“G7”) yekunlarına dair mətbuat konfransında danışıb.
“Ukrayna hərbçiləri Baxmutdadırlar, onların üzərinə vacib vəzifə düşür. Bu o deməkdir ki, bu gün Baxmut Rusiya tərəfindən ələ keçirilməyib. Bunun iki və ya üç interpretasiyası ola bilməz”, - Ukrayna lideri vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət