Slimfit
  1. AZƏRBAYCAN

Zelenski Bakıdan foto paylaşdı

Zelenski Bakıdan foto paylaşdı
Sakura

Zelenski Bakıdan foto paylaşdı

Azərbaycanda səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski sosial şəbəkədə Bakıdan paylaşım edib.

Qafqazinfo” xəbər verir ki, Zelenski öz instaqram və feysbuk hesablarında “Bakı Ekspo Mərkəzi”nin qarşısından foto paylaşaraq “Bakı! Rəsmi ziyarət. Qeyri-rəsmi foto” şərhini yazıb.

Qeyd edək ki, ötən gün Azərbaycan paytaxtına xanımı Yelena Zelenskaya ilə təşrif buyuran Ukrayna dövlət başçısının səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Baş Nazir Əli Əsədovla görüşləri planlaşdırılıb.

Ukrayna ilə Azərbaycan arasında prioritet sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş bir sıra ikitərəfli sənədlərin imzalanması nəzərdə tutulur.

Bundan əlavə, Ukrayna və Azərbaycan rəhbərləri Ukrayna-Azərbaycan biznes forumunun işində iştirak edəcəklər. Daha sonra Bakıda Vladimir Zelenskinin Ukrayna Azərbaycan icmasının nümayəndələri ilə görüşü olacaq.

Bu məqamda xatırladaq ki, bu, Zelenskinin prezidentliyi dövründə Azərbaycana ilk səfəridir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR