Dərc edildi: Baxış sayı: 474
Zelenski ABŞ-dan daha çox yardım istəyir
Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın vitse-prezidenti Mayk Penslə telefon danışığı aparıb.
Axar.az xəbər verir ki, bu barədə “Strana.ua” portalı məlumat yayıb.
Dövlət başçısı təhlükəsizlik sahəsində Ukraynaya yardım proqramının müddətinin uzadılmasına görə Pensə təşəkkürünü bildirib və ABŞ-ın dəstəyinin vacibliyini diqqətə çatdırıb.
Zelenski həmçinin ölkənin müdafiə sektorunun güclənməsi üçün amerikalıların növbəti il yardımların həcmini artıracağına ümid etdiyini bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət