Dərc edildi: Baxış sayı: 481
Zelenski 2018-ci ilə olan gəlirlərini açıqladı
Ukraynanın yeni prezidenti Vladimir Zelenski 2018-ci ilə olan vergi bəyannaməsini dərc edib.
BakuPost.az xəbər verir ki, bu barədə Newsfinance.ua məlumat yayıb.
Məlumata görə, V.Zelenski 2018-ci ildə 4 milyon 170 min qrivna (160 min dollar) qazanıb.
Bəyannaməyə əsasən, Vladimir Zelenski paytaxt Kiyevdə beş evə, İtaliyada iki evə, Böyük Britaniyada icarəyə götürülmüş iki evə, Gürcüstanda tikintisi gedən 10 hotelə sahibdir. Prezidentin "PrivatBank"dakı hesabında 400 min dollar, "OTP Bank"da isə 1 milyon qrivnası var.
Həmçinin bildirilir ki, ötən il Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya 5 milyon 500 min qrivna gəlir əldə edib.
Qeyd edək ki, bu gün Ukrayna Ali Radasında Vladimir Zelenskinin and içmə mərasimi baş tutub. Mərasim zamanı yeni prezident parlamenti buraxdığını elan edib.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət