Slimfit
  1. MARAQLI

Zəkalı olmağa yardım edən inanılmaz üsul

Zəkalı olmağa yardım edən inanılmaz üsul
Sakura

Zəkalı olmağa yardım edən inanılmaz üsul

Alimlər sübut edir ki, bağırsaqlarda yaşayan mikroorqanizmlər insan sağlamlığına çox böyük təsir edir. Bu təsir o dərəcədə ciddidir ki, bəzi alimlər hətta bağırsaq mikroflorasını ayrı orqan kimi qəbul etməyi çağırır.

Yeni araşdırma zamanı Avstriya mütəxəssisləri aşkar ediblər ki, bağırsaq mikroflorası insan beyinin fəaliyyətinə və zəkasına ciddi təsir edir.

Sağlamolun.az xəbər verir ki, araşdırmada iştirak edənlərin 1 qrupu 4 həftə ərzində bağırsaq mikroflorasını yaxşılaşdıran probiotikləri qəbul edirdi, digər qrup isə probiotikləri qəbul etmirdi.

4 həftə və bundan çox müddət ərzində probiotikləri qəbul edən iştirakçılar onlara verilən test tapşırıqlarını daha yaxşı həll edirdi, qərar verəndə daha az tərəddüd edirdi. Bu onu sübut edir ki, bağırsaq mikroflorası beyinin fəaliyyətinə kifayət qədər ciddi təsir edir və mikrofloranın yaxşılaşması da beyinin fəaliyyətini stimullaşdırır.

Bağırsaq mikroflorasını yaxşılaşdıramaq üçün bu kimi məhsulların istehlakını artırmaq lazımdır: süd turşulu məhsullar (qatıq, kəsmik, kefir və s.), kələm, çuğundur, alma, banan, buğda kəpəyi, yulaf yarması və s.

Həmçinin həkimin məsləhəti probiotikləri qəbul etmək olar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR