Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Zəhərli qarpızı necə tanımaq olar?

Zəhərli qarpızı necə tanımaq olar?
Sakura

Zəhərli qarpızı necə tanımaq olar?

Yay mövsümünün vazkeçilməzi olan qarpız sağlamlıq baxımından insan orqanizminə olduqca faydalı bitkidir. Lakin qarpız seçərkən bir neçə məqama diqqət yetirmək lazımdır. Çünki gözlənilməz şəkildə zəhərlənmə və buna bənzər problemlər ortaya çıxa bilər.

Publika.az xəbər verir ki, zəhərli qarpız ciddi sağlamlıq problemləri yaradır. C vitamini və antioksidantla zəngin olan qarpızı alarkən seçici olmaq lazımdır. Qarpızın yetişdirilməsində azotlu gübrələrdən yanlış istifadə etmək meyvədəki nitrat səviyyəsini yüksəldə bilər. Həddən artıq nitrat qəbulu isə bədəndə zərərli maddə kimi yığıla və qanı zəhərləyə bilər.

Zəhərlənmə

Əgər qarpız yedikdən ən az 2 saat sonra bu simptomlar üzə çıxmağa başlasa, həkimə müraciət etmək lazımdır:

Ürəkbulanma

Qusma, şiddətli izhal

Başgicəllənmə, baş ağrısı

Mədədə sancı

Temperaturun qalxması

Zəhərli qarpızı necə tanımaq olar?

1.Qarpızı kəsmədən almayın. Əgər qabığının iç qismi sarı rəngdədirsə, almamalısınız. Qabıq qisminin ağ olması lazımdır.

2. Bəzi insanlar qarpızın içindəki dəliklərin böcək izləri olduğunu düşünür. Lakin bu, iynələrin də yeri ola bilər. Buna görə də dəlik olan qarpızlardan uzaq durun. Ətli qismi yaxşı olsa belə, dəlikdən sonra qarpız xarab ola bilər.

3. Qarpızı kəsdikdən sonra ortaya çıxan nəhəng boşluq əslində qarpızda həddən artıq hormonun olmasının göstəricisidir.

4. Qarpızdakı nitrat səviyyəsini ölçmək üçün onu suyun içinə atın. Su bir müddət sonra rəngini dəyişərək parlaq və çəhrayı olsa, aldığınız qarpız təhlükəlidir deməkdir.

5. Bəzən daha qənaətcil davranmaq üçün yüngül qarpız seçmək istəyirik. Lakin qarpızın yetişmiş olması onun ağırlığıdan bəlli olur.

Yaxşı qarpız necə olur?

Qarpızın üzərindəki sarı ləkələr nə qədər tünddürsə, qarpız o qədər ləzzətlidir deməkdir.

Qarpızdakı hörümçək toruna bənzəyən yerlər arıların qarpız çiçəklərini mayalandırarkən toxunduğu yerlərə işarədir. Buna görə də ləkələrin çox olduğu qarpız dadlı və təbiidir.

Qarpız sapının quru olması onun yetişmiş olmasının göstəricilərindəndir. Sapı sarı olan qarpız tarladan yeni çıxandır.

Qarpız seçərkən nə çox böyük, nə də çox balacasını seçmək doğrudur. Orta ölçüdə olması kifayətdir.

Uzun qarpızların sulu, yumru qarpızların şirin olduğunu unutmayın.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR