“SpaceX” İtaliya hökumətini təhlükəsiz rabitə ilə təmin edə bilər
Rəsmi Roma İlon Maskın “SpaceX” şirkəti ilə İtaliya hökumətini təhlükəsiz rabitə ilə təmin etmək üçün müqavilə imzalamaq üçün danışıqlar aparır.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Tərəflər 1,6 milyard dollarlıq 5 illik müqaviləni müzakirə edirlər.
Hələlik qərar qəbul edilməyib, lakin razılaşma artıq kəşfiyyat və İtaliya Müdafiə Nazirliyi tərəfindən təsdiqlənib.
Nəşr qeyd edib ki, əvvəllər aparılan danışıqlar yaxın vaxtlara qədər dalana dirənib. Onlarla bağlı irəliləyiş İtaliyanın Baş naziri Corco Meloni şənbə günü ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla görüşündən sonra başlayıb.
Müzakirə olunan müqaviləyə əsasən, SpaceX İtaliya hökumətini tam şifrələnmiş telefon və internet bağlantısı ilə təmin edəcək.
Razılaşmaya həmçinin Aralıq dənizində İtaliya ordusu üçün rabitə xidmətləri, terror hücumları və ya təbii fəlakətlər də daxil olmaqla fövqəladə hallar zamanı SpaceX peyklərindən birbaşa istifadə etmək imkanı daxildir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət