Slimfit
  1. MEDİA

Zəhərlənmənin səbəbi qarpızda deyil, özümüzdədir

Zəhərlənmənin səbəbi qarpızda deyil, özümüzdədir
Sakura

Zəhərlənmənin səbəbi qarpızda deyil, özümüzdədir

Yay aylarında qida zəhərlənməsi hallarının artması müşahidə olunur. Bunların arasında qarpızdan zəhərlənən insanlar az deyil. Zəhərlənmə zamanı həkimə müraciət etsələr də, bəzən gecikirlər və bu, ölümlə nəticələnir. Son belə hal bu gün Biləsuvar rayonunda qeydə alınıb. Belə ki, İsmətli kənd sakini, 1992-ci il təvəllüdlü Əlizadə Cəmilə zəhərlənmə əlamətləri ilə rayon xəstəxanasına daxil olub, lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Məsələnin aktuallığını nəzərə alaraq "Report" Bakının baş toksikoloqu İsmayıl Əfəndiyevin fikirlərini alıb. 

- İsmayıl bəy, hansı qida zəhərlənmələri mövcuddur və əlamətləri nədir?

- Əvvəla ondan başlayım ki, qida zəhərlənməsi iki cür olur: kimyəvi zəhərlənmə və infeksion zəhərlənmə. Qarpızın tərkibində müxtəlif kimyəvi gübrələrin, nitrat və nitrit turşularının çox olması kimyəvi zəhərlənməyə səbəb ola bilər. Kimyəvi zəhərlənmələrin əlamətləri, xüsusən uşaqlarda, adətən, ürəkbulanma, qusma ilə müşayiət olunur. Lakin son dövrlər Azərbaycanda kimyəvi zəhərlənmə hallarına, demək olar ki, rast gəlinmir. Qeydə alınan əksər zəhərlənmələr qida-infeksion zəhərlənmələrdir. Bu növ zəhərlənmələrin əsas səbəbi insanların gigiyenik qaydalara riayət etməməsidir. Bəzi insanlar qarpız alarkən, onu əvvəlcə kəsərək yoxlayır, sonra alırlar. Bunu etmək qəti şəkildə olmaz. Çünki qarpız ağacda deyil, torpağın üzərində bitdiyinə görə onun üstündə çoxlu sayda bakteriya olur. 

 

- Bəs qarpız alınandan sonra ilk olaraq nə etmək lazımdır?

- Dükan və bazarlardan qarpız aldıqdan sonra onu sabunla yaxşı yumaq lazımdır. Qarpızı yumadan kəsmək zəhərlənməyə səbəb ola bilər. Kəsilmiş qarpızı, hətta soyuducuda belə, bir sutkadan artıq saxlamaq olmaz. Kəsilmiş qarpız bir neçə gün qalarsa, onda çoxlu patagen mikroflora əmələ gəlir. Bir sözlə, qarpızdan zəhərlənmə olmur. Bu zəhərlənmə qida zəhərlənməsidir. Əgər qarpız yeyib zəhərləniriksə, biz bunun səbəbini qarpızda yox özümüzdə axtarmalıyıq.    

- Niyə məhz yayda zəhərlənmə halları aktivləşir?

- Yayda mikroblar çox sürətlə inkişaf etdiyindən qida zəhərlənmələrinin sayı artır. Əgər qışda bir dönəri 2-3 saat saxlasaq, onda patagen mikroflora zəif sürətlə inkişaf edəcək. Yayda isə bu cür qidaları heç yarım saat da soyuducudan kənarda saxlamaq olmaz.

Günəş aktivliyi artanda bəzi insanlarda sui-qəsd xarakterli davranışlar yaranır. Bu tip davranışlar müxtəlif dərman pereparatları və başqa kimyəvi maddələr içməklə nəzərə çarpır. Bundan əlavə, evlərdə bəzən içərisinə esensiya, neft tökülmüş butulkalar saxlayarıq ki, uşaqlar bilmədən onu içirlər. Bütün bunlar kimyəvi zəhərlənməyə səbəb olur.

     

- Ən ağır qida zəhərlənməsi hansıdır?

- Qida zəhərlənmələrinin ən ağırı botulizmdir. Bu tip zəhərlənmə hər mövsümdə yaşana bilər. Ev şəraitində hazırlanan konservlər, xüsusən germetik bankalarda olan tutmalar oksigen olmayan yerlərdə saxlanıldıqda onlarda botulizm mikrobu inkişaf edir. Vaxtında yardım edilməsə, bu zəhərlənmə, letal da ola bilər.

- Zəhərlənənə ilkin olaraq nə cür yardım edilməlidir?

- Zəhərlənmiş insana ilkin yardım olaraq mədəsini yumaq, imalə etmək və zəhərlənən şəxsin hər on kilosuna görə 1 tablet olmaq şərtilə aktivləşdirilmiş kömürü toz halına salıb, su ilə qarışdırıb içirtmək lazımdır. Zəhərlənmiş şəxs həmçinin çoxlu miqdarda maye qəbul etməlidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR