Dərc edildi: Baxış sayı: 441
Rusiya və Azərbaycan arasında bütün sahələrdə əlaqələr inkişaf edir
Rusiya və Azərbaycan arasında bütün sahələrdə əlaqələr inkişaf edir.
Oxu.Az xəbər verir ki, bu fikirləri “Moskva-Baku”nun müxbirinin sualını cavablandırarkən Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova deyib.
“Dövlətlərimiz arasındakı əlaqələrdə ən əhəmiyyətli müvəffəqiyyət tamformatlı qarşılıqlı fəaliyyətdir. Burada ən vacib məsələni fərqləndirmək olmaz. Ən əsası odur ki, bütün istiqamətlər inkişaf edir. Humanitar, siyasi, iqtisadi... Mənə elə gəlir ki, bu vəziyyətdə hər hansı komponenti ayırmaq imkansızdır. Və bu, münasibətlərdə müsbət tendensiya və faktordur”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət