Zaxarova: “Avropa Şurası rəhbərlərinin “Crocus”da baş vermiş terror aktına reaksiya verməməsi biabırçılıqdır”
“Moskva yaxınlığındakı “Crocus City Hall”da baş vermiş terror aktına Avropa Şurası (AŞ) rəhbərlərinin reaksiya verməməsi bütün təşkilat üçün növbəti biabırçılıqdır ki, bu da onun ekspert mexanizmini və qərəzsizliyini şübhə altına alır”.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Bu, boş yerə özünü Avropanın vicdanı adlandırmağa çalışan və Avropa qitəsində insan hüquqlarının əsas müdafiəçisi kimi çıxış etməyə çalışan bir təşkilatın tarixində növbəti biabırçı səhifədir”, - deyə diplomat jurnalistlərə verdiyi müsahibəsində vurğulayıb.
Zaxarova qeyd edib ki, Avropa Şurası ikili standartlar və siyasi ikiüzlülük bataqlığında öz deqradasiyasını bir daha təsdiqləyib. Diplomat həmçinin xatırladıb ki, Rusiya iki ildən artıqdır ki, bu strukturla hər hansı qarşılıqlı əlaqəni dayandırıb.
“Mülki əhaliyə qarşı vəhşi hücuma prinsipial reaksiyanın olmaması Avropa Şurası rəhbərliyinin beynəlxalq sabitliyin təmin edilməsinə, terrorizmə, ekstremizmə və dövrümüzün digər çağırışlarına qarşı mübarizəyə töhfə vermək qabiliyyətinə dair əsaslı suallar yaradır”, - deyə Zaxarova əlavə edib.
O, həmçinin vurğulayıb ki, Avropa Şurası Parlament Assambleyasının sədri Teodor Rusopulos terror aktını pisləyib, həlak olanların və yaralananların ailələrinə başsağlığı verib, lakin o bunu təşkilat adından deyil, “X” sosial şəbəkəsindəki şəxsi hesabında öz adından edib.
Mənbə: “RIA Novosti” “Telegram” kanalı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət