Zaxarova: ABŞ tezliklə “nəfəs almağı” da qadağan edəcək
Ölkələrə iqtisadiyyatın real sektorunun inkişafını qadağan edən ABŞ tezliklə onlardan “nəfəs almağı dayandırmağı” da tələb edə bilər.
TASS xəbər verir ki, bu sözləri Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova “Şimal axını-2” və “Türk axını” qaz kəməri layihələrinə qarşı sanksiyaların qüvvəyə minməsi məsələsini şərh edərkən deyib.
“22 trilyon dollar dövlət borcu olan ölkə kredit qabiliyyətli ölkələrə iqtisadiyyatının real sektorunu inkişaf etdirməyi qadağan edir”, - Zaxarova bildirib.
Onun sözlərinə görə, ABŞ-ın borclu həyat ideologiyası yeni “iqtisadi həbsə” icazə verməklə dünya rəqabətinə tab gətirə bilməyib.
“Tezliklə dərhal nəfəs almağı dayandırmağı tələb edəcəklər. Onsuz da çoxları bunu edəcək”, - Zaxarova qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət