Slimfit
  1. AZƏRBAYCAN

Zaur Qəhrəmanov: “SOCAR EWE şirkətinin Türkiyədəki qazpaylama aktivlərini almaq üçün təklif verib”

Zaur Qəhrəmanov: “SOCAR EWE şirkətinin Türkiyədəki qazpaylama aktivlərini almaq üçün təklif verib”
Sakura

Zaur Qəhrəmanov: “SOCAR EWE şirkətinin Türkiyədəki qazpaylama aktivlərini almaq üçün təklif verib”

 Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Almaniyanın "EWE A.G" şirkətinin Türkiyədəki qazpaylama aktivlərinin alınması üçün təklif irəli sürüb.

“Report” xəbər verir ki, bunu SOCAR-ın Türkiyədəki törəməsi -“SOCAR Turkey Enerji A.Ş.”nin baş direktoru Zaur Qəhrəmanov “Anadolu” agentliyinə bildirib.

“SOCAR-ın Türkiyədəki investisiya zənciri neft-kimya, neft emalı və təbii qaz sektorunda formalaşdırılıb. Bu zənciri tamamlamaq üçün Almaniyanın EWE şirkətinin Türkiyədəki qazpaylama hissələrinin alınması üçün təklif vermişik. Təbii qaz paylama bizim Türkiyədəki investisiya zəncirimizi tamamlayacaq sahələrdən biri olacaq. Hissələrin alınması üçün şansımızın olduğuna inanırıq”,-o əlavə edib.

Onun sözlərinə görə, EWE şirkəti illik 1 mlrd. kubmetr həcmində qazpaylama əməliyyatı həyata keçirir. 

“Amma bu miqdar bizim üçün kifayət deyil. “Petkim” və STAR neft emalı zavodunda, təxminən, 3,5-4 mlrd. kubmetrlik qaz istehlakı nəzərdə tutulub. Bu isə Türkiyənin ümumilikdə qaz istehlakının 7-8%-ni təşkil edir. Buna görə də hazırda təbii qaz paylanmasını işlərimizə inteqrasiya etmək niyyətindəyik. 2019-cu ildə bu inteqarasiyanı həyata keçirməyi planlaşdırırıq”,- Z.Qəhrəmanov vurğulayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR