Slimfit
  1. AZƏRBAYCAN

Zaur Hüseynov rəis və müavinini işdən çıxardı

Zaur Hüseynov rəis və müavinini işdən çıxardı
Sakura

Zaur Hüseynov rəis və müavinini işdən çıxardı

“Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov “Gənclik” stansiyasının rəisi Böyükağa Yolçuyev və  müavini Seymur Məhərrəmovu tutduğu vəzifədən azad edib. 

Unikal.org-un əldə etdiyi məlumata görə, Zaur Hüseynov İnsan Resursları və Xidmət Departamentinin rəisi Tərlan Dadaşovun təqdimatı əsasında sözügedən şəxsləri vəzifələrindən uzaqlaşdırıb. 

Rəis və müavininin vəzifəsindən azad olunmasının səbəbi stansiyada gecə növbətçisinin yerini tərk etməsi olub. Belə ki, növbətçi iş vaxtı ayaqyoluna gedib.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov  Unikal.org-a rəis və müavinin vəzifəsindən uzaqlaşdırılmasını təsdiqləyib. B.Məmmədov onların vəzifədən uzaqlaşdırılmasının səbəbini nizam-intizamla bağlı olduğunu dilə gətirib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR