Zaur Əliyevdən koronavirusa yoluxmaların müəyyənləşdirilməsi ilə bağlı AÇIQLAMA
“Koronovirusa yoluxmaların müəyyənləşdirilməsi üçün analizlərin qəbulu məntəqələri tam avtomatlaşdırılıb”.
Ens.az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.
Onun sözlərinə görə, bu gün beş min müayinə məntəqələrdən götürülüb və qısa zamanda nəticələr bəlli olub:
“Hazırda Azərbaycanda gündəlik yoluxma halları baş verir. Xüsusi xəstəxanalarda aktiv koronavirus xəstələrinin müalicəsi davam etdirilir”.
O qeyd edib ki, xüsusi karantin rejiminin tətbiqi nəticəsində Azəbaycanda virusa yoluxmanın nəzarət altında götürülməsinə nail olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət