Slimfit
  1. CƏMİYYƏT

Zaur Əliyevdən ailə həkimləri ilə bağlı açıqlama

Zaur Əliyevdən ailə həkimləri ilə bağlı açıqlama
Sakura

Zaur Əliyevdən ailə həkimləri ilə bağlı açıqlama

“Araşdırmalarımızın nəticəsi kimi deyə bilərik ki, vətəndaş bəzi ixtisaslar üzrə ailə həkiminin göndərişi olmadan birbaşa ixtisas həkiminə müraciət edə bilər”. 

Oxu.Az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bu gün keçirilən mətbuat konfransında deyib. 

Z.Əliyev qeyd edib ki, ailə həkiminin tələb olunan sahə üzrə kifayət qədər bilik və bacarıqlarının olmaması ehtimalı nəzərə alınaraq müəyyən təkliflər hazırlanır:

“Biz heç bir vətəndaşı bu məsələyə görə əziyyətə salmaq istəmirik. Belə ki, vətəndaş birbaşa müştərək maliyyələşmə məbləği ödəmədən ixtisas həkiminə müraciət edə bilər. 

Agentlik tərəfindən vətəndaşların hansı ixtisaslar üzrə ailə həkiminə müraciət etmədən birbaşa ixtisas həkiminə müraciət edə biləcəyinə dair yaxın zamanlarda ictimaiyyətə ətraflı məlumat veriləcək”.

Könül Cəfərli

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR