Slimfit
  1. AZƏRBAYCAN

Zaqatalada Hollandiyanın azərbaycanlı Milli Qəhrəmanının ev muzeyi yaradılıb

Zaqatalada Hollandiyanın azərbaycanlı Milli Qəhrəmanının ev muzeyi yaradılıb
Sakura

Zaqatalada Hollandiyanın azərbaycanlı Milli Qəhrəmanının ev muzeyi yaradılıb

Zaqatalanın Muğanlı kəndində Hollandiyanın azərbaycanlı Milli Qəhrəmanı Məmməd Məmmədovun ev muzeyi yaradılıb.

ONA-nın şimal-qərb bürosunun məlumatına görə, Məmməd Məmmədov İkinci Dünya müharibəsi illərində Niderland Krallığında Müqavimət Hərəkatında hollandlar ilə birlikdə alman faşistlərinə qarşı mübarizədə fəal iştirak edib və Krallığın faşizmdən azad olmasında mühüm rol oynayıb. Bu gün rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, Milli Qəhrəmanın qızı Nənəxanım Məmmədova (Nensi Doomen) və ailəsinin, Hollandiyanın Osterveyk şəhərinin meri Hans Yansenin iştirakı ilə ev muzeyinin açılış mərasimi keçirilib.
Qeyd edək ki, Məmməd Məmmədov 1923-cü ildə Zaqatala rayonunun  Muğanlı kəndində  dünyaya göz açıb. Müharibənin ilk günlərində könüllü olaraq cəbhəyə gedib. Ukrayna ətrafında gedən döyüşlərdə əsir düşüb, bir qrup soydaşımızla Hollandiyanın Osterveyk şəhərinə sürgün edilib. Sürgündən qaçan Məmməd Məmmədov yerli partizanlara qoşulub və “Medo” ləqəbi ilə bir çox uğurlu əməliyyatlarda iştirak edib. 
Məmməd Məmmədov Hollandiyanın ən ali mükafatı olan “Cəngavər” tituluna  layiq görülüb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR