Slimfit
  1. GÜNDƏM

Zamirə Hacıyeva növbəti dəfə məhkəmə qarşısında

Zamirə Hacıyeva növbəti dəfə məhkəmə qarşısında
Sakura

Zamirə Hacıyeva növbəti dəfə məhkəmə qarşısında

Bu gün Londonda Westminster Magistr Məhkəməsində Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş rəhbəri Cahangir Hacıyevin xanımı Zamirə Hacıyeva ilə bağlı növbəti məhkəmə prosesi baş tutub.

Bu barədə Jersey Evening Post agentliyi məlumat yayıb.

Məlumata əsasən, məhkəmənin ittiham aktında Zamirə Hacıyeva 2009-2015-ci illərdə Azərbaycan Beynəlxalq Bankından 97 milyon dollar mənimsəmiş 37 nəfərdən ibarət qruplaşmanın üzvü kimi göstərilib.

Azərbaycan hökumətini təmsil edən Helen Malkolm bildirib ki, sözügedən 97 milyon dollar ABB tərəfindən buraxılmış 28 kredit kartı vasitəsilə əldə edilib.

O qeyd edib ki, bu  vəsaitin 14,5 milyon funt sterlinqdən 15,5 milyon funt sterlinqə qədər olan hissəsi Zamirə Hacıyevanın adına olan 10 kredit kartı vasitəsi ilə əldə edilib. Digər kartlar onun əlaltılarının və əri Cahangir Hacıyevin mühafizəçilərinin adlarına qeydiyyata alınıb.

“Mən Zamirə Hacıyevanın xərclədiyi vəsaiti müəyyənləşdirmişəm. Problem bundadır ki, o pulların bir hissəsini Azərbaycanda bankomatlardan çəkib və bir sıra bahalı butiklərdə, o cümlədən Harrods univermağında xərcləyib. O, Avropanın müxtəlif ölkələrində də böyük miqdarda vəsait xərcləyib”, - deyə Helen Malkolm qeyd edib.

Qeyd edək ki, Zamirə Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində həbs olunub.

UWO Britaniyada potensial çirkli pullara malik şübhəli korrupsioner xarici rəsmiləri hədəfləmək üçün yeni qanundur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR