Slimfit
  1. GÜNDƏM

Zamirə Hacıyeva Bakıya niyə göndərilmədi? - Detallar

Zamirə Hacıyeva Bakıya niyə göndərilmədi? - Detallar
Sakura

Zamirə Hacıyeva Bakıya niyə göndərilmədi? - Detallar

Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Azərbaycana ekstradisiya olunmaması haqqında İngiltərənin Vestminster Şəhər Məhkəməsinin çıxardığı qərar birmənalı qarşılanmadı. Bir çox ekspert hesab edir ki, Zamirə Hacıyevanın ölkəyə gətirilməsi haqda qərarın verilməməsinə səbəb məhkəmədə Azərbaycanın təmsil edənlərin olmamasıdır.

Mövzu ilə bağlı mətbuata açıqlama verən hüquqşünas Əkrəm Həsənov da bildirib ki, bütün bunları sübut etmək üçün işə savadlı hüquqşünasları cəlb etmək vacib şərt idi. Onun sözlərinə görə, Azərbaycanın imkanı vardı ki, özündə peşəkar tapıb ora göndərə bilmədiyi halda xaricdən peşəkar tapıb London məhkəməsinə yollasın.

Axar.az-a açıqlama verən beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev isə bildirib ki, İngiltərə məhkəməsində Azərbaycan vətəndaşının və vəkilinin iştirakı mümkün deyil:

“Böyük Britaniya qanunvericiliyinə görə, xarici ölkə vətəndaşı bu dövlətdə baş tutan məhkəmələrdə iştirak edə bilməz. Bu səbəbdən həmin məhkəmədə çıxış edən İngiltərənin öz vəkili olur. İngiltərədə buna balistr deyirlər. İngiltərə sisteminə görə, balistr elə bir vəkil növüdür ki, o, həm ittiham, həm də müdafiə tərəfində təmsil oluna bilir.

Həmin məhkəmə prosesində Zamirə Hacıyeva tərəfindən də balistr var idi, Azərbaycan hökuməti tərəfində də. Sözügedən məhkəmə prosesində, bildiyim qədərilə, Azərbaycan tərəfini iki nəfər təmsil edib. Onlardan biri Helen Malkolmdur. Təyin edilən balistr hansı səviyyədədir, bu barədə söz demək bir qədər çətindir”.

 

F.Mehdiyev bildirib ki, proseslə əlaqədar Z.Hacıyeva işinin bütün materialları İngiltərə tərəfinə verilib.

Qeyd edək ki, Z.Hacıyeva barədə qərar verilən məhkəmədə Azərbaycan tərəfini təmsil edən vəkillərin olmaması diqqət çəkmişdi. Buna baxmayaraq, Azərbaycanın maraqlarını qoruyan vəkillər Vestminster Şəhər Məhkəməsinin qərarından apellyasiya verəcəklərini bildiriblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR