Slimfit
  1. İQTİSADİYYAT

Zamin durmasan, pulu yenə sən ödəyəcəksən

Zamin durmasan, pulu yenə sən ödəyəcəksən
Sakura

Zamin durmasan, pulu yenə sən ödəyəcəksən

Xəbər verildiyi kimi, prezident İlham Əliyevin problemli kreditlərin həlli barədə fərmanı bu sahədə çoxdan həllini gözləyən problemləri həll edib, çoxsaylı borcluları kredit yükündən azad edib. 

Amma kreditlərin həlli prosesi maraqlı faktları, o cümlədən xüsusilə kredit sahibləri ilə onların zaminləri arasında münasibətlərin necə olduğunu aşkara çıxarıb. 

Belə hadisələrdən biri Bakı sakini, Nizami rayonunda yaşayan Elnur Quliyevin başına gəlib. FED.az-a müraciət edən E.Quliyev bildirib ki, təqribən 5 il əvvəl təhlükəsizlik şirkətlərindən birində çalışanda Təbriz Məmmədov (ad cüzi dəyişdirilib) adlı iş yoldaşının «Bank of Baku»dan kredit götürməsi üçün zamin olub. 

Təbriz Məmmədov 5500 manatlıq krediti əvvəlcə intizamla ödəyib, amma bir neçə aydan sonra ödənişləri dayandırıb. Zamin bu prsesdən yalnız 2 ildən sonra, onu Sabunçu rayon (Təbriz Sabunçuda qeydiyyatda olub) məhkəməsinə dəvət edəndə xəbər tutub. Həmin vaxt məlum olub ki, kreditin 3500 manatlıq hissəsi qalıb və üzərinə hesablanan gecikmə faizləri ilə məbləğ yenidən 5200 manata yüksəlib. Məhkəmə bu pulu ödəməyi müştərinin və zaminin üzərinə qoyub. Amma E.Quliyev məhkəmədə iştirak etmədiyinə görə, etiraz edərək prosesin yenidən keçirilməsinə nail olub. Yeni baxışda məhkəmə kredit məbləğini 5200 manatdan 3500 manata endirib və qarşı tərəfə bu pulu ödəməyi həvalə edib. 

Ən maraqlısı da bundan sonra başlayıb. E.Quliyev bildirir ki, əslində o kredit götürən şəxsə zamin olsa da, yəni problemin əsas günahkarı sayılmasa da, icra qurumları pulu ilk növbədə ondan tələb etməyə başlayıblar: «Nizami rayon icra məmurları pulun yalnız mənim tərəfimdən ödənilməsini istəyirdi. Kredit götürən şəxsi soruşanda isə bildirdilər ki, onunla Sabunçu rayon icraçıları məşğul olur, amma onu tapa bilmirlər. Halbüki mən Tbrizlə demək olar hər gün danışır və pulu ödəməyi tələb edirdim». 
İ
ş yeri, maaşı və avtomobil olmasına baxmayaraq T.Məmmədovu tapmaq «mümkün olmayıb», onun avtomobilinə həbs qoyulsa da, sonradan həbs də ləğv edilib. Nəticədə krediti ödəməyi E.Quliyevdən tələb etməyə başlayıblar. 

Ədaləti bərpa etmək üçün E.Quliyev Sabunçu icra şöbəsinə getsə də, dediyinə görə, onu ümumiyyətlə qəbul etməyiblər. 
Digər maralı məqam ondadır ki, E.Quliyevin özünün də «Bank of Baku»dan krediti olub. Amma icra idarəsi ondan tələb edib ki, öz kreditindən əvvəl Təbrizin kreditini bağlasın. Bunu etmədiyinə görə, E.Quliyevin adına olan avtomobilə də həbs qoyulub.  Nəticədə, E.Quliyev öz kreditini də ödəməyi dayandırıb. 

«Yenə zamin olmasan, krediti tək ödəyəcəksən»

Bir neçə ay əvvəl prezident İlham Əliyev problemli kreditlərin həlli ilə bağlı fərman imzalayanda E.Quliyev problemlərin tezliklə həll olunacağını düşünüb. Doğrudan da, dollar kreditlərinə görə kompensasiyalar başlayıb, üstəlik problemli kreditlərə görə restrukturizasiya kreditlərinin verilməsi başlanıb. Bu variantda T.Məmmədova da restrukturizasiya kreditləri düşür və bununla da problem həll olunmalı idi. Amma indi də başqa problem yaranıb. T.Məmmədov E.Quliyevdən tələb edib ki, yeni (yəni dövlətin verdiyi güzəştli) kredit üçün ona yenidən zamin dayansın. E.Quliyev bütün olanları yada salıb imtina edəndə, T.Məmmədov bildirib ki, əgər zamin dayanmasa, bu problem həll olunmayacaq və əvvəlki kredit yenə də, E.Quliyevin öhdəsində qalacaq. Sonuncu isə buna qəti etiraz edir: «Mən öz kreditimi bu gün bağlamağa hazıram, bir şərtlə ki, daha həmin şəxs üçün zamin dayanmayım». 

«Bank of Baku»dan FED.az-ın sorğusuna cavab olaraq  bu məsələnin araşdırıldığını və tezliklə qanunun tələbini açıqlayacaqlarını bildiriblər. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR