Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Zakir Yusifov Tofiq oğlu

Zakir Yusifov Tofiq oğlu
Sakura

DOĞUM TARİXİ: 29/09/1956 VƏFAT TARİXİ: 11/10/1992

29 sentyabr 1956-cı ildə Bakı şəhərində doğulmuşdur. 1974-cü ildə 194 saylı orta məktəbi bitirdikdən sonra Sasovski adına Mülki Təyyarəçilik Məktəbinə daxil olmuşdur. 1977-ci ildə təhsilini başa vuraraq, Yevlax aviadəstəsində əmək fəaliyyətinə başlamışdır. AN-2 təyyarəsinin komandiri, eskadrilya komandirinin müavini, eskadrilya komandiri, uçuşu təşkil və təminetmə müfəttişliyinin təyyarəçi-müfəttişi... Belə çətin, məsul vəzifələrdə çalışsa da ali təhsil almağı da unutmurdu. O, 1988-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin qiyabi şöbəsini bitirmişdir. Respublikada ilk hərbi vertolyot eskadrilyasının yaradılması nə qədər ağır və çətin iş olsa da, o, Azərbaycanın Milli Qəhrəmanı Yavər Əliyevlə birlikdə bu işi öz öhdəsinə götürmüşdü. Zakir Yusifov az vaxtda Mİ-24 vertolyotunu bütün incəliklərinəcən öyrənmişdi. Sonra döyüş tapşırıqları, Qarabağa uçuşlar... Bu uçuşlar arasında ən yadda qalanlardan biri, sözsüz ki, aprel ayının 11-də Füzuli-Xocavənd istiqamətində həyata keçirdikləri uçuş idi. Zakir Yusifov həmin gün ilk dəfə idi ki, hərbi vertolyot komandiri kimi havaya qalxmışdı. Uçuş uğurlu oldu. Onlar döyüş tapşırığını müvəffəqiyyətlə yerinə yetirib geri qayıtdılar. Cəsur komandir yüzdən artıq hərbi uçuş keçirərək Əsgəran, Füzuli, Xocavənd, Tərtər, Ağdərə, Şuşakənd uğrunda gedən döyüşlərdə iştirak etmiş və Azərbaycan Hərbi Aviasiyasının döyüş salnaməsinə şanlı səhifələr yazmışdır. 11 oktyabr 1992-ci il... Zakir Yusifovun son uçuşu... Səfiyan kəndində növbəti əməliyyat zamanı onun vertolyotu vuruldu. Bütün heyət həlak oldu.

Ailəli idi. İki qızı yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Yusifov Zakir Tofiq oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Vaxtilə oxuduğu 194 saylı orta məktəb və Bakının Nizami rayonundakı küçələrdən biri onun adını daşıyır.

 

Mənbə: Milliqahramanlar.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR