Dərc edildi: Baxış sayı: 400
Zakir Nuriyev: 'Banklar koronavirusun yayılması prosesini diqqətlə izləyir'
"Azərbaycan bankları koronavirus infeksiyasının yayılması ilə əlaqədar baş verən prosesləri və yarana biləcək bütün mümkün vəziyyətləri öyrənir, təhlil edir və müvafiq dövlət orqanları ilə müzakirələr aparır".
Bunu "Report"a açıqlamasında "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin prezidenti Zakir Nuriyev deyib.
"Banklar hadisələrin gedişatına uyğun olaraq, istənilən vəziyyətə çevik reaksiya verəcək. Hazırda vəziyyəti diqqətlə izləyirik, prosesləri öyrənirik. Zərurət yaranarsa, banklar öz müştəriləri ilə ortaya çıxan məsələlər barədə fərdi şəkildə təhlillər aparacaq və lazımi tədbirləri görəcək", - ABA sədri qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət