Slimfit
  1. SİYASƏT

Zakir Həsənovun Gürcüstana səfəri: Ermənistanın mühasirədə saxlanılması güclənir

Zakir Həsənovun Gürcüstana səfəri: Ermənistanın mühasirədə saxlanılması güclənir
Sakura

Zakir Həsənovun Gürcüstana səfəri: Ermənistanın mühasirədə saxlanılması güclənir

Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Gürcüstanda rəsmi səfərdə olub. Nazir səfər çərçivəsində gürcüstanlı həmkarı İrakli Qaribaşvili, parlamentin sədri Arçil Talakvadze ilə görüşüb.

Nazirlərin görüşündə Azərbaycan və Gürcüstanın Müdafiə nazirlikləri arasında 2020-ci il üçün ikitərəfli əməkdaşlıq Planı imzalanıb. Sənəddə ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili, birgə döyüş hazırlığı tədbirlərinin keçirilməsi, qabaqcıl təcrübə mübadiləsi və digər vacib məsələlər nəzərdə tutulur.

Bəs Z.Həsənovun səfəri Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının gələcək inkişafında necə rol oynayacaq? Bakı və Tbilisinin hərbi əməkdaşlığı bölgəyə nə vəd edir?

Hərbi ekspert Azad İsazadə “Report”a açıqlamasında deyib ki, Azərbaycan-Gürcüstan əməkdaşlığının tarixi böyükdür.

O bildirib ki, hər iki ölkə müstəqillik əldə edəndən bu günədək bir-biri ilə əməkdaşlıq edir: “Dağlıq Qarabağda müharibə gedən dövrdə də Gürcüstanla əməkdaşlıq edirdik. O zaman hərbi təyyarələrimizi Gürcüstanda təmir etdirirdik. Gürcüstanla bizim ölkə arasında əməkdaşlıq həmişə olub. İndi də hər bir əməkdaşlıq tələb edir ki, onu dərinləşdirək, genişləndirək və inkişaf etdirək. Biz bu prosesin növbəti mərhələsini görürük”.

A.İsazadənin sözlərinə görə, Azərbaycan-Gürcüstan arasında hərbi əməkdaşlığın genişləndirilməsi imkanları böyükdür: “Gürcüstan Azərbaycan üçün strateji bir yerdə yerləşir. Bizim ən yaxın müttəfiqimiz olan Türkiyə ilə ölkəmiz arasında Gürcüstan bir vasitədir. Bu baxımdan Gürcüstan Azərbaycan üçün mühüm bir rol oynayır. Bir də istər-istəməz hər bir əməkdaşlıqda boş yer olmurBiz bu əməkdaşlığı eləməsək, mütləq Ermənistan tərəfi çalışar ki, həmin boş yeri tutsun. Bəzən də Ermənistan Gürcüstanla daha geniş əməkdaşlığa can atır. Ona görə də biz rəqibimizi neytrallaşdırmaq üçün bu əməkdaşlığı genişləndirməliyik.

 

 Azad İsazadə main

Hərbi ekspert Azad İsazadə:

"Biz bu əməkdaşlığı eləməsək, mütləq Ermənistan tərəfi çalışar ki, həmin boş yeri tutsun".

 

Azərbaycan-Gürcüstan-Türkiyəni vahid enerji layihələri birləşdirir. Hər üç dövlət vahid maraq çərçivəsində fəaliyyət göstərir. Enerji dəhlizi, dəmir yolu xətti, neft-qaz kəmərləri, o cümlədən də avtomobil yolu üç ölkənin iqtisadiyyatını və Avropa ilə Asiyanı birləşdirir. Bütün bunların təhlükəsizliyini ancaq bu üç dövlət birgə əməkdaşlıq edə-edə qoruya bilər”.

Politoloq Elxan Şahinoğlu “Report”a açıqlamasında qeyd edib ki, Azərbaycan-Gürcüstan-Türkiyə strateji müttəfiqdir.

O söyləyib ki, hər üç dövlətin bütün sahələrdə ortaq layihələri var: “Bunlardan da biri hərbi əməkdaşlıqdır. Hərbi tərəfdaş kimi də Gürcüstan bizim üçün vacibdir. Gürcüstan son illər Azərbaycan və Türkiyə ilə birgə hərbi təlimlərə maraq göstərir. Təsadüfü deyil ki, ötən il hər üç dövlətin müdafiə nazirləri görüşüb. Düşünürəm ki, Azərbaycanın Müdafiə naziri Zakir Həsənov məhz bu istiqamətin tərkib hissəsi kimi Tbilisidə oldu və əməkdaşlığın inkişafı yollarını müazkirə etdi. Gürcüstan da bu əməkdaşlıqda maraqlıdır. Belə əməkdaşlıq bizim üçün də faydalıdır. Bu yolla işğalçı Ermənistanı mühasirədə saxlamış oluruq. Çünki Gürcüstan heç vaxt Ermənistanla hərbi təlimlər keçirməz. Bu baxımdan da Gürcüstanla hərbi əməkdaşlıq Azərbaycan üçün faydalıdır”.

 

 Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu:

"Belə əməkdaşlıq bizim üçün də faydalıdır. Bu yolla işğalçı Ermənistanı mühasirədə saxlamış oluruq".

 

Politoloq deyib ki, Azərbaycan-Gürcüstan arasında hərbi əməkdaşlığın genişləndirilməsi imkanları da böyükdür: “Yəni hər iki ölkə arasında keçirlən birgə hərbi təlimləri qeyd etmək olar. Hətta düşünürəm ki, Gürcüstan Azərbaycanın hərbi sənaye kompleksinə sifarişlər də verə bilər. Və yaxud Gürcüstanın hərbi sənaye kompleksi varsa, bu istiqamətdə ortaq əməkdaşlıq da mümkündür. Bütün istiqamətdə müzakirəsi və inkişafı yollarının hər iki tərəf üçün faydalı olacağını düşünürəm.

Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığı bölgəyə onu vəd edir ki, hər iki ölkə arasında müttəfiqlik daha da möhkəmlənir. Həmçinin işğalçı Ermənistanın mühasirəsi də güclənir. Çünki aydındır ki, Azərbaycan-Gürcüstan arasındakı hərbi əməkdaşlığı Ermənistanı çox ciddi sürətdə narahat edir. Bundan başqa, NATO şəmsiyyəsi altında Azərbaycanla Gürcüstanın birgə təlimlərdə iştirakı həm NATO üçün, həm də tərəfdaş ölkələr üçün faydalıdır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR