Slimfit
  1. SİYASƏT

Zakir Həsənov Türkiyəyə başsağlığı verdi

Zakir Həsənov Türkiyəyə başsağlığı verdi
Sakura

Zakir Həsənov Türkiyəyə başsağlığı verdi

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Suriyanın İdlib şəhərində Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması ilə əlaqədar Türkiyənin Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.
 
Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.
 
Başsağlığında deyilir:
 
“Suriyanın İdlib şəhərində xaincəsinə edilmiş hücum nəticəsində qardaş Türkiyə Silahlı Qüvvələrinin onlarla hərbi qulluqçusunun şəhid olması və yaralanması haqqında məlumatlar məni dərindən kədərləndirir.
 
Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və Allahdan səbr diləyirik. Ruhları şad, xatirələri əziz olsun. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm. Sizin acınız bizim də acımızdır.
 
Türkiyə Silahlı Qüvvələri tərəfindən həyata keçirilən terrorla mübarizə əməliyyatının müvəffəqiyyətlə başa çatmasına əminliyimi ifadə edir və uğur arzulayıram.
 
Allah rəhmət eləsin”.

Mənbə: Bakupost.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR