Dərc edildi: Baxış sayı: 693
Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.
Ens.Az-ın məlumatına əsasən,Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başsağlığında deyilir:
"Qardaş Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi təyyarənin Konya şəhərində qəzaya uğraması nəticəsində pilotun həlak olması xəbəri məni çox kədərləndirdi.
Sizin acınız bizim də acımızdır.
Şəhid hərbi qulluqçuya rəhmət diləyir, onun yaxınlarının dərdinə şərik olur, ailəsinə dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət