Slimfit
  1. AZƏRBAYCAN

Zakir Həsənov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

Zakir Həsənov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb
Sakura

Zakir Həsənov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

 Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın Azərbaycandakı yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze ilə görüşüb. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir ona iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

Azərbaycanda səfir kimi fəaliyyətə başlamasından məmnun olduğunu bildirən diplomat Azərbaycan-Gürcüstan əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.

Görüşdə regiondakı hərbi-siyasi vəziyyət, ikitərəfli hərbi əməkdaşlıq və digər məsələlər müzakirə olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR