Slimfit
  1. AZƏRBAYCAN

Zakir Həsənov: Ali Baş Komandanın ən əsas tapşırığı yüksək döyüş hazırlığıdır

Zakir Həsənov: Ali Baş Komandanın ən əsas tapşırığı yüksək döyüş hazırlığıdır
Sakura

Zakir Həsənov: Ali Baş Komandanın ən əsas tapşırığı yüksək döyüş hazırlığıdır

İyulun 20-də Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəislərinin iştirakı, eləcə də videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birlik, birləşmə komandirləri və digər məsul zabitlərin də cəlb olunması ilə xidməti müşavirə keçirilib.

Müdafiə naziri tədris ilinin sonunadək qoşun növləri, birlik, birləşmə və hərbi hissələrdə döyüş hazırlığı üzrə məşqlərin direktiv və təlimatlara uyğun daha da səmərəli təşkili, rəhbəredici sənədlərin dərindən öyrənilməsi və tətbiqi, eləcə də Ordumuzda peşəkarlığın artırılmasına yönəlmiş digər tədbirlərin keçirilməsi ilə bağlı fikirlərini müşavirə iştirakçılarına çatdırıb.

Ölkə prezidentinin tapşırığına əsasən bu ilin sonunadək Azərbaycan Ordusunun, xüsusilə cəbhəboyu zonada yerləşən bölmələrin şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə bir neçə hərbi obyektin istifadəyə veriləcəyini bildirən general-polkovnik Z.Həsənov gələcəkdə də bu istiqamətdə tədbirlərin davam etdiriləcəyini qeyd edərək, görülən işlərin müasir tələblərə uyğun aparılması ilə əlaqədar vəzifəli şəxslərə müvafiq göstərişlər verib.

Qoşunların gizli və fasiləsiz idarə olmasını tələb edən Müdafiə naziri təmas xəttində əməliyyat şəraitinin ciddi nəzarətdə saxlanılması, döyüş hazırlığının daha keyfiyyətli təşkili, ideoloji işin və mənəvi-psixoloji təminatın gücləndirilməsi və digər xidməti məsələlərin həlli ilə bağlı tapşırıqlar verib.

Nazir həmçinin hava şəraitini nəzərə alaraq şəxsi heyətin sağlamlığına diqqətin artırılması və hərbi hissələrdə yanğın təhlükəsizliyi tədbirlərinin görülməsi barədə də göstəriş verib.

Müşavirənin sonunda Müdafiə naziri sayıqlığın artırılması və təhlükəsizliyin təmin edilməsi, Ermənistan tərəfinin törədə biləcəyi  hər bir təxribata hazır olmaq məqsədilə kəşfiyyat fəaliyyətinin gücləndiririlməsi və düşmənə qarşı adekvat cavab tədbirlərinin görülməsi barədə əmr və tələblərini müşavirə iştirakçılarına çatdırıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR