Slimfit
  1. SİYASƏT

Zahid Oruc: “Vəzifəli şəxslərin qanunsuz əməllərinə “müharibə dövrünün qanunları” ilə qiymət verməliyik”

Zahid Oruc: “Vəzifəli şəxslərin qanunsuz əməllərinə “müharibə dövrünün qanunları” ilə qiymət verməliyik”
Sakura

Zahid Oruc: “Vəzifəli şəxslərin qanunsuz əməllərinə “müharibə dövrünün qanunları” ilə qiymət verməliyik”

“Prezident İlham Əliyevin yeni Baş prokuror təyin edərkən Biləsuvar İcra Hakimiyyəti başçısının qanunsuz əməllərinə xüsusi yer verməsi və kəskin, sərt xəbərdarlığında ayrıca təhlilə ehtiyacı olan bir məqam var”.

Ens.az Apa.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı millət vəkili Zahid Oruc deyib.

O bildirib ki, Azərbaycan 30 ildən çoxdur, düşmənlə müharibə şəraitində yaşayır: “Bir gün Prezident hərbi yolla torpaqlarımızın azad edilməsi qərarını verərsə, dövlətin və xalqın əmlakını mənimsəyənlərin əməllərinə son qoyacağına zəmanət varmı? Son 2 ay sübut etdi ki, yoxdur! Ona görə istər İcra Hakimiyyətinin rəhbəri, istərsə də başqa bir vəzifə adamının qanunsuz əməllərinə yalnız korrupsiya hüquqpozmaları çərçivəsində deyil, eyni zamanda xalqın hərbi təhlükəsizliyinə vurulan zərbə kimi, “müharibə dövrünün qanunları” əsasında qiymət verməliyik. Burada kimsə səhra məhkəmələrinin yaradılmasını təklif etmir. Halbuki 75 illiyi qarşısında olduğumuz 2-ci dünya müharibəsində diversantlara, oğrulara və xalqa xəyanət edənlərə məhz “müharibə dövrünün qanunları” əsasında qiymət verilməsi hesabına qələbə qazanılmışdı. Bizdə “Hərbi və fövqəladə vəziyyət rejimi haqqında” qanunlar olsa da, karantin vəziyyəti cinayət qanunvericiliyində əksini tapmayıb”.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR